XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2018 - 09:40

Putin:"Türkiyə və Rusiyanın birgə fəaliyyəti yüksəliş dövrünü yaşayır"

Rusiya ilə Türkiyənin qarşılıqlı fəaliyyəti, o cümlədən iqtisadiyyat və Suriyada, yüksəliş dövrünü yaşayır.

Trend-in məlumatına görə, bunu Ruisya prezidenti Vladimir Putin Cənubi Afrikada BRİKS sammiti çərçivəsində Türkiyə başçısı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.

Putin bildirib: “İkitərəfli münasibətlərimiz yüksəlişdədir. Bu böhranların aradan qaldırılması sahəsində açıq aydındır, mən Suriya böhranını nəzərdə tuturam, həmçinin iqtisadiyyatda da. Bütün böyük layihələrimiz plan üzrə reallaşdırılır”.

Söhbət zamanı ölkə liderləri əmtəə dövriyyəsinin artdığını və əməkdaşlığın inkişafını qeyd ediblər.

Öz növbəsində Rəcəb Tayyib Ərdoğan ölkələrin hərbi, ticarət, mədəniyyət və turizm – bir sözlə bütün sahələrdə münasibətlərinin çox sürətlə inkişaf etdiyini deyib: “Əmtəə dövriyyəsinin artırılmasına dair qarşıda qoyulan bütün məqsədlər nail olunacaq, Rusiyadan turizm axını isə artacaq”.

Ərdoğan cari ildə ölkəsini 6 milyon rusiyalı turistin ziyarət edəcəyini vurğulayıb.