XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2018 - 11:16

Məhkəmə Koçaryan haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxır –FOTO

Ermənistan paytaxtının Şenqavit rayon Məhkəməsi keçmiş prezident Robert Koçaryan haqqında həbs qətimkan tədbiri seçilməsi barədə Xüsusi İstintaq Komitəsinin təqdimatına baxır.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, R. Koçaryan özü məhkəmə iclasına gəlməyib. Vəkillər prosesin təxirə salınması barədə vəsatət qaldırıblar.

Qeyd edək ki, iyulun 26-da R. Koçaryan Xüsusi İstintaq Komitəsinə ifadə verməyə çağırılıb. Müstəntiqlər ona “qabaqcadan bir qrup şəxslə əlbir olaraq Konstitusiya quruluşunu devirmək” barədə rəsmi ittiham elan ediblər. Sabiq prezident 2008-ci il prezident seçkilərindən sonra Yerevanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Həmin hadisələr nəticəsində 10 nəfər ölüb.