XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

27 İyul 2018 - 14:16

Ermənistanda KTMT baş katibinə ittiham irəli sürüldü –Həbsi barədə məsələ qaldırılıb

 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq rəisi Yuri Xaçaturova ölkənin konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürülüb.

APA-nın “News.am” saytına istinadən verdiyi məlumata görə, Ermənistanın Xüsusi İstintaq Xidmətindən bildiriblər ki, ittiham 1-2 mart 2008-ci il hadisələri ilə bağlı cinayət işinin ilkin istintaqı zamanı əldə olunmuş yetərli sübutlar əsasında irəli sürülüb.

Müstəntiq İrəvan məhkəməsində Y. Xaçaturovun həbs edilməsi ilə bağlı vəsatət qaldırıb.

Qeyd edək ki, Y. Xaçaturov 2008-2016-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin rəisi olub.