“Nikol Paşinyanın rəhbərlik etdiyi yeni hökumət bolşevik inqilab komitələri kimi hərəkət edir. Onlar istənilən şəxsə, hətta eks-prezident Serj Sərkisyana qarşı da cinayət işi aça bilərlər”.
Bunu “Sputnik Ermənistan”a açıqlamasında Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib: “Köçəryanın ətrafında yaranan situasiya Ermənistan və Qarabağ kontekstində həddən artıq narahatlıq yaradır. Aydındır ki, bunun üçün siyasi və şəxsi əsaslar var. Bu proses özündə neobolşevizm elementlərini daşıyır”, – deyə o bildirib.