XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2018 - 19:40

Tramp inkar etdi:“Oğlumla rusiyalı vəkil arasında görüşdən xəbərim olmayıb”

 

ABŞ prezidenti Donald Tramp cümə günü 2016-cı ildə “Tramp Tover”də rusiyalılarla oğlu Donald da daxil olmaqla, onun seçki kampaniyasının işçiləri arasında görüş barədə xəbərdar olduğunu inkar edib.

“Mənim oğlumla keçirilən görüş haqqında xəbərim yox idi” – Tramp Twitter hesabında CNN-nin cümə axşamı paylaşdığı xəbərə istinadən yazıb.

CNN-nin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın sabiq özəl vəkili Maykl Kohen deyib ki, Tramp, əvvəldən iyunun 26-da “Tramp Tover”da baş tutan görüşdən xəbrədar olub. Həmin görüş zamanı ruslar Trampın demokrat rəqibi Hillari Klintona xələl gətirəcək məlumatlar təklif ediblər.

CNN, adını çəkmədiyi, lakin məsələdən xəbərdar mənbələrə istinadən bildirib ki, Kohen bu məlumatı Trampın seçki kampaniyası ilə Rusiya arasında mümkün əlaqələri araşdıran xüsusi prokuror Robet Müllerə çatdırmağa hazırdır. “Ona inanmaq olmaz”- deyə, Trampın vəkili Rudi Culiani cümə axşamı bildirib. Kohen “Reuters”in məsələ ilə bağlı şərh vermək müraciətinə cavab verməyib. Onun vəkili Lanni Deyvis isə şərh verməkdən imtina edib.

Müllerin sözçüsü Piter Karr və Manhattanın federal prokurorlarının sözçüsü Nikolas Bayas da şərh verməkdən imtina edib.