XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2018 - 10:22

Makron:"Fransa və İspaniyanı qaz boru kəməri birləşdirəcək"

Fransa və İspaniya iki ölkəni birləşdirəcək qaz boru kəməri layihəsini hazırlayacaq. Trend-in məlumatına görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.

“Biz müvafiq qurumlara yeni qaz boru kəmərləri, xüsusilə də Fransa və İspaniya arasında qaz boru kəmərlərinə dair işləməyə göstəriş verdik”, – Makron bildirib.

O, yeni qaz boru kəmərlərinin Fransa, İspaniya və Portuqaliyada olan kömür elektrik stansiyalarını əvəz edəcəyini əlavə edib.