XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2018 - 15:28

Rusiyada saxlanılan polislərin sayı 8-ə çatdı –İşgəncə qalmaqalının iştirakçıları cəzalandırılır

Rusiyanın Yaroslavl şəhərindəki yerli kolonda saxlananlara işgəncə verməkdə şübhəli bilinən 8-ci polis saxlanıb.

O, təhlükəsizlik şöbəsinin kiçik müfəttişi Ruslan Tsvetkovdur. Bu barədə TASS agentliyinə istinadla məlumat veir.

Bundan əvvəl bu işlə bağlı 1-ci kolonon 6 əməkdaşı saxlanıb. Kolonun rəis müavini İvan Klashnikov isə hazırda ev dustağıdır. 

“Novoe qazeta”nın həmin insidentin videosunu yayması ölkədə böyük rezonans doğurub.

Videoda Kolonun əməkdaşları müttəhimin paltarını çıxararaq onu dəyənəklərlə döyür, sonra isə üstünə su tökürlər. Bu insident 1 il əvvəl olub. Amma həmin vaxt videonu araşdırmış müstəntiq cinayət işi qaldırmaqdan imtina edib. (Azadlıq.org)