XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2018 - 17:05

Tramp Təhlükəsizlik Şurasını topladı –ABŞ prezidenti seçkilərə xarici müdaxilə faktını müzakirəyə çıxarıb

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Milli Təhlükəsizlik Şurasının iclasını keçirib.

Strateq.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders məlumat yayıb.

Onun sözlərinə görə, Tramp iclas zamanı ABŞ-dakı seçkilərə edilən xarici müdaxilələrə qarşı səbirlə yanaşmayacağını deyib. O, iclasda ölkədə seçki prosesinə müdaxilə edənlərə qarşı hansı tədbirlərin görülməsi gərəkdiyinin müzakirə edildiyini də bildirib.

Sara Sanders iclasda vitse-prezident Mayk Pensin, Dövlət katibi Mayk Pompeonun, Maliyyə naziri Stiven Mnuçinin, Müdafiə naziri Ceyms Mettisin, Baş prokuror Cef Seşnsin, Daxili Təhlükəsizlik naziri Kirsten Nilsenin, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspelin, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun və digərlərinin iştirak etdiyini söyləyib.(virtualaz.org)