XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2018 - 19:41

Əfqanıstanda tibb mərkəzinə hücum:2 ölü, 5 yaralı

Əfqanıstanda tibb mərkəzinə edilən hücum nəticəsində iki nəfər ölüb, beş nəfər isə yaralanıb. Qeyd olunur ki, ölənlər mərkəzin əməkdaşlarıdır.

Trend-in “Tolo News”a istinadən verdiyi məlumata əsasən, terrorçuların hücumunun qarşısı təhlükəsizlik qüvvələri tərəfindən alınıb.

Hadisə ölkənin Nanqarhar vilayətində baş verib. Terrorçular mərkəzə yerli vaxtla 11:30-da hücum ediblər. Hücum beş saata yaxın davam edib.