XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

28 İyul 2018 - 20:35

Çexiyada ordunun say tərkibi artırılacaq

Çexiya ordusu Baş Qərargah rəisinin müavini İrji Baloun bildirib ki, 2026-cı ilədək Silahlı Qüvvələrin say tərkibinin 30 min nəfərə çatdırılması planlaşdırılır.

Azərtac xəbər verir ki, hazırda ölkədə hərbçilərin sayı 21 nəfərə yaxındır.

Baş Qərargah rəisinin müavini qeyd edib ki, mövcud hərbi hissələrin ştat vahidi 25 min hərbçiyədək artırılacaq və Silahlı Qüvvələrin yeni növlərində – kibernetika qoşunları, robot texnikası və digər yüksək texnologiyalar şöbələrində daha 5 min yer açılacaq.

Artıq Brno Universitetində ordunun ehtiyacları üçün kibernetika sahəsində yeni ixtisas üzrə tədris aparılması nəzərdə tutulur.