XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

28 İyul 2018 - 21:38

Rusiyada sərnişin avtobusu aşıb- Xəsarət alanlar var

Rusiyada sərnişin avtobusu aşıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Moskva vilayətində, Domodedovo rayonunda baş verib. Hadisə zamanı 12 nəfər (bəzi xəbərlərə görə 16 nəfər- red) xəsarət alıb. Onlardan 8-i xəstəxanaya yerləşdirilib.

Qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub. Nəticədə avtobus yol kənarındakı xəndəyə aşıb. Hadisə zamanı avtobusda 27 sərnişin olub. Onlardan 4-ü uşaqdır.