XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2018 - 23:50

Roma papası arxiyekskopu istefaya göndərdi –Kilsədə 50 ilə əvvəl başlayan qalmaqal bitdi

Roma papası Fransis, Vaşinqtonun keçmiş kardinalı, arxiyepiskop Theodore McCarrickın istefasını qəbul edib.

O, 50 il əvvəl həddi-buluğa çatmamış oğlana qarşı cinsi istismarda ittiham olunur. Bəzi məlumatlara görə, seksual zorakılığa məruz qalan 16 yaşlı bir qulluqçu olub və insident 1970-ci illərdə baş verib.

McCarrick Roma Katolik Kilsəsində ABŞ-ın ən nüfuzlu kardinallarından biri idi.

Qərb mətbuatının  yaydığı məlumata görə, Roma papası Fransis iyulun 28-də onun istefasını qəbul edib. Məlumatda deyilir ki, McCarrick Roma Katolik Kilsəsində öz titulunu itirən ilk canlı amerikalı kardinaldır. Papa ona təcrid vəziyyətdə yaşamağı və qalan həyatını ibadətə, günahlarını yumağa həsr etməyi məsləhət görüb. Keçmiş kardinal bundan əvvəl,bir neçə gənc dindara qarşı cinsi qısnamada ittiham olunurdu.

Amma 88 yaşlı kardinal bunları xatırlamadığını deyir.