Braziliyada 8 ictimai avtobus atəşə tutulub və bəzi dövlət binalarına atəş açılıb.
Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, Ceara əyaləti polisi dünən gecə Fortaleza şəhərinin müxtəlif yerlərində 8 avtobusun yandırıldığını, bəzi dövlət binalarına da atəş açıldığını bildirib.
Hücumlarda ölən və yaralananların olmadığı bildirilir.
Ceara ictimai təhlükəsizlik idarəsi hücumlarla əlaqəli olduğu hesab edilən 3 nəfəri müəyyən edib və onların tutulması istiqamətində əməliyyata başlayıb.