XƏBƏR LENTİ

28 Yanvar 2021

Digər Xəbərlər

29 İyul 2018 - 11:43

Gürcüstan prezidenti:“Prezident seçkilərinin vaxtı dəqiq bilinməlidir ki, siyasi qüvvələr ciddi hazırlaşa bilsinlər”

Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili ölkədə keçiriləcək prezident seçkilərinin vaxtının tez bir zamanda dəqiqləşdirilməsini təklif edib. Marqvelaşvili deyib ki, seçkilərin vaxt dəqiq bilinməlidir ki, siyasi qüvvələr seçki kampaniyasına ciddi hazırlaşa bilsinlər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Milli Demokratiya İnstitutu (MDİ) məlumat yayıb.

Məlumatda bildirir ki, seçkilərin əvvəlcədən nəzərdə tutulmuş vaxtına çox az vaxt qalıb. Amma hələ çoxlu qaranlıq məsələlər və həll olunmamış suallar var.

Marqvelaşvilinin fikirlərini dəstəkləyən MDİ-nin məlumatında deyilir: “Prezident seçkiləri siyasi partiyalar və ayrı-ayrı namizədlər üçün əsl mübarizə meydanı olmalıdır. Onlar seçiciləri öz məqsəd və məramlarına inandırıb hərəkətə gətirə bilməlidirlər. Lakin, hələ də nə hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyası öz namizədini müəyyən edə bilib, nə də Q.Marqvelaşvili özü bu seçkilərdə iştirakı barədə qərarını təsdiq etməyib”.

“Bu da, cəmiyyətdə müəyyən anlaşılmazlıq və qeyri-müəyyənlik yaradır”, – deyə məlumatda vurğulanır.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda prezident seçkiləri oktyabr ayına nəzərdə tutulub. Seçkilərin dəqiq vaxtı səsverməyə ən azı 60 gün qalmış elan olunmalıdır.