XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2018 - 15:49

Türkiyə sularında qayıq batıb- İçərisində FETÖ mənsublarının olduğu ehtimal edilir

Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonu ərazisindən qaçaq yolla Yunanistanın Midilli adasına doğru hərəkət götürən, içərisində FETÖ terror təşkilatı mənsublarının olduğu ehtimal edilən qayıq batıb.

Azərtac rəsmi mənbələrə istinadla xəbər verir ki, qayıqda 3-ü uşaq olmaqla 16 nəfər olub. Ayvalık sahil təhlükəsizlik qüvvələri həyatı təhlükədə olan insanların köməyinə gəlib. Doqquz nəfər xilas edilib. Digər 6 nəfərin cəsədi tapılıb. Bir nəfərin itkin düşdüyü bildirilir.