XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

29 İyul 2018 - 18:25

“Welt am Sonntag”:"Almaniyada 300 minə qədər insan axtarışdadır"

Almaniyada 300 minə qədər insan axtarışdadır.

APA-nın “Welt am Sonntag” nəşrinə istinadən verdiyi məlumata görə, axtarışda olanlardan 129 min nəfəri ölkəni tərk etməli olan əcnəbilərdir.

Almaniya Daxili İşlər Nazirliyi hesab edir ki, həmin əcnəbilərin bir hissəsi məlumat vermədən artıq ölkəni tərk etmiş ola bilər.

“Welt am Sonntag” nəşri yazır ki, ölkədə siyasi motivlərlə cinayətlərin də sayı artıb. Bu motivlərlə axtarışda olanların sayı 2017-ci illə müqayisədə 2 dəfədən çox artaraq 4411 nəfərə çatıb. 3100-dən çox order “dini ideologiya” kateqoriyasında cinayətlərlə bağlı axtarışlarla əlaqədar verilib.