XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 İyul 2018 - 21:06

İŞİD Əfqanıstandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD terror qruplaşması Əfqanıstanın Cəlalabad şəhərində törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb.

Ötən gün Cəlalabadda tibb mərkəzinin qarşısında terrorçu-kamikadze özünü partladıb. Bundan əvvəl partlayış nəticəsində 2 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı bildirilirdi.