XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 İyul 2018 - 13:32

ABŞ maliyyə naziri 3%-lik iqtisadi artım proqnozlaşdırır- Yaxın 4-5 ildə

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin ölkə iqtisadiyyatının yaxşı vəziyyətdə və yaxın 4-5 ildə ABŞ ÜDM-nin dayanıqlı artımının 3% səviyyəsində olacağını hesab edir.

“Report” “Fox News”a istinadən xəbər verir ki, o, söhbətin bir və ya iki il davam edəcək fenomendən getmədiyini bildirib.

S.Mnuçin həmçinin ABŞ-ın Mərkəzi Bank rolunu oynayan Federal Ehtiyat Sisteminin siyasətinin iqtisadiyyata mənfi təsir göstərməyəcəyinə ümid etdiyini vurğulayıb.