XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

30 İyul 2018 - 14:55

Sarkisyan Koçaryanın müdafiəsinə qalxdı

Ermənistanda Serj Sarkisyanın rəhbəri olduğu “Respublika” partiyası keçmiş prezident Robert Koçaryanın müdafiəsinə qalxıb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, partiyanın bəyanatında Koçaryanın həbsinin demokratiya və məhkəmə sisteminə aidiyyatı olmadığı bildirilib.

Partiya bu cinayət işinin ölkə daxilindəki siyasi proseslərə ciddi ziyan vurduğu bəyan edir.

““Respublika” partiyası parlament diplomatiyası kanalları vasitəsilə həbs və əlaqəli proseslər məsələsini müvafiq beynəlxalq təşkilat və formatlarda səsləndirəcək” – bəyanatda qeyd edilir.

Bəyanatda həmçinin bu cür əsassız ittihamların Ermənistan və Qarabağın qondarma rejiminin üzləşdiyi problemlər fonunda cəmiyyətin bölünməsinə təşviq etdiyi bildirilib.

Partiya üzvləri bunun nəinki ölkədə insan hüquqlarına həmçinin Ermənistanın beynəlxalq imicinə də xələl gətirdiyini qeyd edirlər.

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan haqda Yerevan məhkəməsi iyulun 27-də həbs qətimkan tədbiri qəbul edib.