XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

30 İyul 2018 - 16:42

İraqın şimalındakı yeni yataqlarından hasil olunacaq xam neft Türkiyə ərazisindən nəql ediləcək

İraqın şimalındakı Peşhabur bölgəsində qazılan yeni neft quyularında böyük məhsuldarlıq müşahidə olunur. Norveçin DNO neft və qaz şirkəti tərəfindən qazılan yeni quyular Türkiyənin Şırnak və Silopi rayonları ilə sərhəddə yerləşir.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, hazırda Peşhabur bölgəsindəki neft quyularından gündəlik 35 min barel neft hasil olunur. Məlumatda bildirilir ki, İraq mərkəzi hökumətinin qərarı ilə inşası nəzərdə tutulan 350 kilometrlik yeni neft boru xətti Səlahəddin vilayətindən başlayaraq Kərkük, Mosul və Peşhabur bölgələrini keçməklə Türkiyə ərazisinə çatacaq.