XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2016 - 15:47

Rusiya: ”Avrasiya İttifaqının vahid Gömrük kodeksi ilə bağlı ciddi fikir ayrılığı var”

avrasiya ittifaqıAvrasiya İqtisadi İttifaqının vahid Gömrük kodeksi üzv ölkələrin çoxsaylı fikir və mövqe ayrılğı üzündən qəbul oluna bilmir.

Strateq.az bildirir ki, bu bardə Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov Benilüks ölkələrinin işgüzar dairələri ilə keçirilən seminarda çıxışı zamanı bildirib.

“Fikir ayrılığı böyükdür. Bu sənədi 2015-ci ilin sonunda yekunlaşdırmaq istəyirdik. Amma hələ ki, buna nail ola bilmirik.  Sənədin nə vaxt imzalanacağını deyə bilmərəm. Biz danışıqlar prosesinin aktiv iştirakçılarıyıq”.

Belyaninov qeyd edib ki, bütün üzv ölkələr vahid mövqeyə gəlməyincə  yekun qərar qəbul etmək olmaz.