XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

31 İyul 2018 - 21:38

“Xaçaturovun geri çağırılması ilə bağlı Ermənistandan sorğu daxil olmayıb” –KTMT-dən açıqlama

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı rəhbərliyində qurumun fəaliyyətdə olan baş katibi Yuri Xaçaturovun geri çağırılması ilə bağlı Ermənistandan sorğunu göndərilməsinə dair məlumat yoxdur.

Bu sözləri “RİA Novosti”yə açıqlamasında KTMT baş katibinin müavini Valeri Semerikov deyib.

Qeyd edək ki, Ermənistan XİN mətbuat xidmətinin rəhbəri Tiqran Balayan iyulun 28-də KTMT baş katibini dəyişmək prosesini başlatmaq barədə tərəfdaşlara müraciət etdiklərini və hazırda bu məsələ ətrafında məsləhətləşmələr aparıldığını deyib. Ermənistan Xüsusi İstintaq Xidməti Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, KTMT-nin baş katibi Yuri Xaçaturovu 2008-ci il 1 mart aksiyalarının dağıdılması ilə bağlı cinayət məsuliyyətinə cəlb edib. Məhkəmə onun zaminə buraxılması barədə qərar verib/APA.