XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

01 Avqust 2018 - 15:36

Gürcüstanda prezident seçkilərinin tarixi açıqlanıb- Oktyabrın 28-də keçiriləcək

Gürcüstanda bu il prezident seçkiləri oktyabrın 28-də keçiriləcək.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili keçirdiyi brifinqdə bildirib.

Qeyd edək ki, Gürcüstanda bu il seçkilər dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkilər olacaq. Prezident altı il müddətinə seçiləcək. Bu müddət başa çatandan sonra Gürcüstan tam olaraq parlament respublikasına çevriləcək, prezident isə seçicilər kollegiyası tərəfindən seçiləcək.