XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Avqust 2018 - 22:23

Britaniya Sankt-Peterburqdakı Baş Konsulluğunu bağlayıb- Səbəb

Böyük Britaniya hökuməti Sankt-Peterburqdakı Baş Konsulluğunu bağlayıb.

“Report” “Russian Today”a istinadən xəbər verir ki, bu məlumatı Krallığın Rusiyadakı səfirliyi “Facebook” səhifəsində yayıb.

“Böyük Britaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu rəsmi olaraq bağlanıb. Bu addımı atmağımıza səbəb Solsberi hadisəsindən sonra Rusiya hakimiyyətinin bizə münasibətıdir”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, cari ilin mart ayında Rusiya Böyük Britaniyanın 23 diplomatını “persona-non-qrata” (“arzuedilməz şəxs”) elan etmişdi. Bundan başqa, Sankt-Peterburqdakı Baş konsulluğun fəaliyyət göstərməsi barədə razılıqdan imtina etmişdi.