XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

02 Avqust 2018 - 15:47

Tramp məhkəməyə verildi –Miqrantlara görə

ABŞ-da hüquq müdafiəçiləri qeyri-leqal miqrantların həbsxanalarda saxlanma şəraiti ilə əlaqədar ABŞ prezidenti Donald Trampın administrasiyasına, ABŞ İmmiqrasiya-Gömrük Polisinə (ICE) və Federal Həbsxana Bürosuna qarşı iddia qaldırıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ-ın aparıcı hüquq müdafiəsi təşkilatı olan Amerika Vətəndaş Azadlıqları İttifaqının (ACLU) saytında dərc olunan press-relizdə bildirilir.

“Məhkəmədən İCE-yə qanunsuz şəraiti dərhal düzəltmək və yekunda saxlanılanların həbsxanadan nəql olunması ilə bağlı göstəriş verməsini xahiş edirik” – bəyanatda deyilir.

Sənəddə qeyd edilir ki, həbsxanada məhkumlara, hər şey bir kənara, lazımi tibbi yardım göstərilmir, eləcə də normal yemək verilmir/Report.