XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

03 Avqust 2018 - 11:11

“Taliban” silahlılarının girov saxladığı 60-dan çox adam azad edilib- Əfqanıstan hərbçiləri tərəfindən

Əfqanıstan Milli Ordusu həyata keçirdiyi xüsusi əməliyyat zamanı radikal “Taliban” qruplaşmasının Hilmənd əyalətində girovluqda saxladığı 61 nəfəri azad edib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Ordunun Hilmənd əyalətindəki xüsusi birləşməsinin komandiri Munib Əmirinin bildirdiyinə görə, əməliyyat dünən gecə Kayaki bölgəsində həyata keçirilib.

Girovların saxlandığı həbsxanalara basqın zamanı “Taliban” qruplaşmasının 7i üzvü saxlanılıb.