XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

03 Avqust 2018 - 17:22

İstanbulda İŞİD-lə bağlı əməliyyat- 38 xarici vətəndaş saxlanıldı

İstanbulda polisin keçirdiyi əməliyyat nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə olmaqda şübhəli bilinən 38 xarici vətəndaş saxlanılıb.

Trend-in məlumatına görə, xüsusi əməliyyat eyni zamanda İstanbulun 12 ünvanında aparılıb.

Saxlanılan şəxslər müxtəlif terror aktları hazırlamaqda şübhəli bilinir.

Əməliyyat zamanı çoxlu sayda sənəd və avadanlıqlar müsadirə edilib.

Həmin şəxslərin milli mənsubiyyəti barədə məlumat verilmir.