XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

03 Avqust 2018 - 18:06

“Apple” səhmlərinin dəyəri bir trilyon dolları aşmış ilk şirkətdir

“Apple” ABŞ-da bazar kapitallaşması bir trilyon dolları aşmış ilk Publik Səhmdar Cəmiyyət olub.

Azərtac xəbər verir ki, məşhur “iPhone” smartfonunun yaradıcısı buna avqustun 3-də nail olub. Şirkətin səhmlərinin hər biri artaraq təqribən 207,04 dollar təşkil edib. Qiymət gün ərzində bir neçə dollar civarında dəyişib. Şirkətinin bir səhminin yeni ən yüksək qiyməti 208,38 dollara bərabər olub. Bu il “Apple”nin səhmləri 2 faizdən çox artıb.

Bəzi iqtisadçılar hesab edirlər ki, satış və gəlir göstəricilərinin artması meylini qoruyub saxlamaq üçün “Apple”nin yeni məhsula ehtiyacı var. “Apple” səhmlərinin dəyərinin bir trilyon dollarlıq səviyyəni aşması “iPhone 8” və “iPhone X” smartfonlarının satış göstəricilərinin xüsusən Çin və Yaponiyada yetərincə yüksək olması, “App Store” xidmətlərindən əldə olunan gəlirin artması sayəsində mümkün olub.