XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

03 Avqust 2018 - 20:02

Rusiya və Ukrayna komandalarının rəqibləri müəyyənləşib- Çempionlar Liqasının pley-off mərhələsi

Rusiya və Ukrayna klublarının UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib.

“Report” UEFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb hər iki ölkə komandalarının növbəti mərhələdə üz-üzə gəlməsinin qarşısını almaqdır.

Qurumun İcraiyyə Komitəsinin qərarlarına əsasən PAOK (Yunanıstan) – “Spartak” (Moskva, Rusiya) cütünün qalibi “Benfika” (Portuqaliya) – “Fənərbağça” (Türkiyə), “Slaviya” (Praqa, Çexiya) – “Dinamo” (Kiyev, Ukrayna) cütünün qalibi isə “Standard” (Lyej, Belçika) – “Ayaks” (Hollandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları 21-22 avqustda, cavab qarşılaşmaları isə 28-29 avqustda keçiriləcək.