Yaponiya mübahisəli Takeşima adaları yaxınlığındakı tədqiqat gəmisinə görə Koreya Respublikasına etirazını bildirib.
Azərtac xəbər verir ki, bu barədə avqustun 3-də keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib. O deyib: “Yaponiyanın razılığı olmadan həmin rayonda tədqiqatların aparılması yolverilməzdir. Buna görə biz diplomatik kanallar vasitəsilə etirazımızı bildirmişik”.
Yaponiya hökumətinin məlumatına görə, avqustun 1-i və 2-də Takeşima adaları yaxınlığında görünən gəmi Yaponiya sahil mühafizəsinin xəbərdarlıqlarına baxmayaraq, hələ də həmin ərazini tərk etməyib.