XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

04 Avqust 2018 - 10:41

Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb- Ölənlər var

Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qəza Krasnoyarsk ərazisində baş verib. İlkin məlumata görə, hadisə nəticəsində helikopterdə olan 18 nəfərin hamısı ölüb. Onlardan 15-nin sərnişin, 3-nün isə ekipaj üzvü olduğu vurğulanır. Rusiya Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib.

Hadisənin səbəbləri araşdırılır. İlkin ehtimallara görə qəza texniki nasazlıq səbəbindən baş verib.