XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

04 Avqust 2018 - 11:11

Polis yol hərəkəti qaydalarına riayət edilməsini dronlar vasitəsilə izləyir- Çində

Çinin Şandun əyalətinin Tzinan şəhərində yol hərəkəti qaydalarını izləyəcək və idarəetmə zamanı mobil telefon və planşetlərdən istifadə kimi pozuntuları qeydə alacaq 4 multikopter rəsmən fəaliyyətə başlayıb.

Azərtac “belta.by” resursuna istinadla xəbər verir ki, pilotsuz uçan aparatlar fəaliyyətə başladıqdan yarım saat sonra idarəetmə zamanı 5 mobil telefondan istifadə hadisəsi qeydə alınıb.

Tzinan yol polisi bölməsinin əməkdaşı Vey Tzilyan bildirib ki, layihə üçün eksperimental fəaliyyəti 3 ay davam edəcək polis xidmətinin xüsusi aviasiya dəstəsi yaradılıb. Onun sözlərinə görə, pilotsuz uçan aparatlar vasitəsilə çəkilən qanun pozuntularının şəkilləri sübutların toplanması ilə bağlı problemi effektiv həll edə bilər.