XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

04 Avqust 2018 - 16:22

Ermənistanda baş nazirin sabiq müavininə ittiham irəli sürüldü

Ermənistanda baş nazirin sabiq müavini Armen Qevorkyana ittiham irəli sürülüb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Qevorkyan 2008-ci il hadisələrində hakimə təzyiq göstərməkdə ittiham edilir.

Wikileaks portalında yerləşdirilən məlumatda onun Konstitusiya məhkəməsinin hakimi Valeriya Poqosyana təzyiq göstərildiyi qeyd edilir. O, ölkənin ikinci prezidenti Robert Koçaryan aparatından ona Serj Sarkisyanın xeyrinə qərar qəbul etməsi üçün təzyiq edildiyindən şikayətlənib.

Bu məlumat öz təsdiqini tapıb və Qevorkyana ədalətə mane törətmək maddəsi ilə iş açılıb.

Bu ittihamla o gələcək 6 ili həbsdə keçirmək məcburiyyətində qalacaq.

Hazırda ehtiyat tədbiri olaraq, Qevorkyandan yaşayış yerindən ayrılmamaq üçün yazılı öhdəlik götürülüb.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın ikinci prezidenti Robert Koçaryan haqda həbs qərarı verilib.