XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

05 Avqust 2018 - 20:09

Türkiyədə həbsdə olan rahib kimlə dəyişdiriləcək? –Türkiyə mətbuatından yeni iddia

Türkiyədə həbs edilmiş amerikalı rahib Endryu Branson ABŞ-da həbs edilmiş iş adamı Hakan Atilla ilə dəyişdiriləcək.

Bu barədə Türkiyə KİV-də məlumat yayılıb.

Məlumata görə, Bransonun ölkəsinə göndərilməsi qarşılğında Nyu-Yorkda Rza Zərrab işi çərçivəsində həbs edilmiş Hakan Atilla Türkiyəyə ekstradisiya ediləcək.

“Vaxt məsələsində tərəflər arasında bazarlıq davam edir. Əgər anlaşma baş tutsa, bu, hər iki tərəfin siyasi qələbəsi olacaq.

Tramp administrasiyasının simvoluna çevrilmiş Bransonun ABŞ-a qaytarılması, Ankara tərəfindən “siyasi girov” adlandırılan Hakan Atillanın Türkiyəyə ekstradisiyası deməkdir. Bu, həm də tərəflər arasındakı diplomatik böhranın həll edilməsi olacaq”, – deyə məlumatda qeyd edilir/Teleqraf.com.