XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Avqust 2018 - 20:52

Poroşenko:"Ukraynanın əsas məqsədi NATO-ya üzv olmaqdır"

Ukraynanın əsas məqsədi NATO-ya üzv olmaqdır və ölkəm Avro-Atlantik inteqrasiyanın uğuruna inanır.

Azərtac xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Ukrayna prezidenti Petro Poroşenko deyib.

P.Poroşenko bildirib ki, NATO-nun son zirvə toplantısı bu qurumun Ukraynaya qapılarının açıq olduğunu təsdiqlədi.

“Ukrayna NATO-ya üzv olmaq üçün institusional, siyasi və iqtisadi islahatları və modernləşdirilməni davam etdirəcək. Mən NATO-nun Avro-Atlantik məkana inteqrasiyasına ona görə inanıram ki, xalq bu siyasəti dəstəkləyir”, – deyə Poroşenko əlavə edib.