İtaliyanın Bolonya şəhərində yanacaq daşıyan maşının qəzaya uğraması nəticəsində baş verən partlayışda xəsarət alanların sayı 67-ə çatıb.
Trend-in məlumatına görə, iki nəfərin ölümü ilə bağlı yayılmış xəbər təsdiqini tapmayıb.
Qeyd edək ki, hadisə Bolonya aeroportunun yaxınlığında baş verib. Partlayışın aeroportun işinə təsir etmədiyi bildirilir.