XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

07 Avqust 2018 - 00:22

Tramp İranla bağlı sərəncam verdi –Sanksiyalar bərpa olundu

ABŞ prezidenti Donald Tramp İranın üzərinə əsas maliyyə sanksiyalarının təkrar qoyulması barədə sərəncam verib. Beləliklə ABŞ 2015-ci ilin nüvə sazişini tərk etdiyini bildirəndən üç ay sonra Tehranın valyuta alışlarını və əsas sənayelərini vuran sanksiyalar yenidən qüvvəyə minib.

Avqustun 6-da verdiyi bəyanatlarda Tramp 2015-ci il razılaşmasını bir daha “dəhşətli və birtərəfli” saziş adlandırıb.

Ötən may ayında ABŞ-ın İranla nüvə sazişindən çıxdığını elan edən Tramp Tehranın sazişin “ruhunu” pozduğunu söyləmişdi.

Ağ Evin açıqladığı bəyanatda Trump bütün ölkələrə müraciət edərək bildirib: “İran rejimi seçim qarşısındadır: ya təhdidedici, pozucu davranışını dəyişməli və qlobal iqtisadiyyata reinteqrasiya olunmalı, ya da iqtisadi təcridolunma yolunu davam etdierməlidir”.

(Azadlıq radiosu)