XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

07 Avqust 2018 - 15:42

Pentaqon hərbçilərə fitness-qadjetlərdən istifadəni qadağan edib- Yeni sərəncam

Mühüm əhəmiyyətli bazalarda və yüksək təhlükəli döyüş zonalarında olan ABŞ hərbçilərinə yerlərinin müəyyən edilməməsi məqsədilə fitnes-qadjetlərdən və mobil tətbiqlərdən istifadə etmək qadağan ediləcək.

“Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, Pentaqonun yeni sərəncamına əsasən, söhbət mobil telefonlar və ya smart saatlar üçün tətbiqlərlə bağlı olan və GPS-naviqasiya haqqında məlumatla yerin müəyyənləşdirilə biləcəyi fitnes-qadjetlər və ya digər elektron cihazlardan istifadənin məhdudlaşdırılmasından gedir. Bundan əlavə, sənəddə hökumətin hərbçilərə verdiyi şəxsi qadjetlərdə və ya cihazlarda belə tətbiqlərin cidd risk yaratdığı, ona görə də GPS və digər oxşar imkanların sönülü olmasının zəruriliyi əksini tapır.

Sərəncamda göstərilir ki, artıq hərbi rəhbərlər konkret yer və bazada təhlükəsizlik riski əsasında əmirləri altında olan hərbçilərin cihazlarda GPS funksiyasından istifadə edib-etməyəcəklərinə özləri qərar verə biləcəklər.