XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

08 Avqust 2018 - 12:43

Səudiyyə Ərəbistanı Kanadaya təyyarə uçuşlarını dayandırır

Səudiyyə Ərəbistanının “Saudi Arabian Airlines” aviaşirkəti avqustun 13-dən etibarən Kanadanın Toronto şəhərinə uçuşları dayandıracaq.

Azərtac yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Hava Yolları şirkətinin rəsmi açıqlamasında qeyd olunub. Bildirilib ki, əvvəlcədən alınmış biletlərin qaytarılması və təxirə salınmasında heç bir məhdudiyyət olmayacaq. Torontoya getmək istəyən sərnişinlər üçün alternativ yolların tapılacağı qeyd edilib.

Səudiyyə Ərəbistanında bəzi fəalların həbsinə Kanada hökumətinin etirazından sonra iki ölkə arasındakı münasibətlərdə gərginlik müşahidə olunur.