XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

08 Avqust 2018 - 13:02

Argentinanın keçmiş vitse-prezidenti həbs olunub- Korrupsiyaya görə

Argentinanın keçmiş vitse-prezidenti Amando Budu 5 il 10 ay həbs cəzasına məhkum edilib.

“Report” “Deutsche Welle”yə istinadən xəbər verir ki, dünən elan olunmuş məhkəmə hökmünə görə, keçmiş məmura həyatının sonuna qədər dövlətdə vəzifə tutmaq qadağan edilib.

Əlli beş yaşlı A.Budu 2010-cu ildə iqtisadiyyat naziri olduğu dövrdə “Ciccone Calcografica” çap evində pay sahibi almaq qarşılığında çap evini müflisləşməkdən xilas etməkdə təqsirkar bilinib. Bu müəssisə pul banknotların və dövlət idarələrinin sənədlərinin çap edilməsi sahəsində inhisara malikdir.

Qeyd edək ki, A.Budu 2009-2011-ci illərsə Argentinanın iqtisadiyyat naziri vəzifəsini tutub. O, 2011-2015-ci illərdə Kristina Kirşnerin başçılqı etdiyi dövlətin vitse-prezidenti olub.