XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

08 Avqust 2018 - 17:30

Canlı yayımda hökuməti tənqid edərkən evinə polis gəldi –Çinli professorun taleyindən xəbər yoxdur

Tramp administrasiyası təqaüdəki Çinli universitet professoru San Venquanqın aqibətindən narahat olduğunu bildirir. Bir həftə öncə “Amerikanın Səsi”nə verdiyi canlı müsahibə zamanı həbs olunandan bəri ondan xəbər yoxdur.

Professor San Çində çox sayda insanın yoxsulluq içində yaşamasına baxmayaraq, hökümətin Afrikaya maddi yardım göstərdiyi ilə bağlı Çin prezidenti Şi Tsinpinə yolladığı açıq məktubuna dair sualları cavablandırarkən polis onun evinə daxil olub.

San ötən çərşənbə axşamı Amerikanın Səsinin Mandarin dilində aparılan Problemlər və Mövqelər verilişində deyib ki, Şi onun qapısını sındırmaları üçün evinə polis göndərib.

“Amerikanın Səsi”nin Pekin və Vaşinqtonda Çin rəsmilərindən Sanın harada olduğuna dair məlumat almaq cəhdləri heç bir nəticə verməyib.

ABŞ Konqresində Çinin ən sərt tənqidçisi olan respublikaçı senator Marko Rubio Sanın dərhal sərbəst buraxılmasına çağırıb.