XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

08 Avqust 2018 - 18:11

Türkiyədə yağış 4 körpünü aşırtdı- Yaralılar var

Türkiyənin şimalındakı Ordu vilayətində leysan yağışları nəticəsində 4 körpü aşıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Daha bir körpünün aşma riski mövcuddur. Qeyd olunur ki, yaxınlıqda yerləşən tekstil fabrikində 165 nəfər təxliyə olunmağı gözləyir.

Təxliyənin həyata keçirilməsi üçün bölgəyə helikopterlər cəlb olunub.