XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

08 Avqust 2018 - 19:55

Ermənistanın keçmiş baş nazirinin qardaşı həbs edilib- İttiham

Ermənistanın keçmiş baş naziri Ovik Abraamyanın (2014-2016-cı illərdə baş nazir olub) qardaşı Canik Abraamyan həbs edilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, qanunsuz silah əldə etmək və gəzdirmək maddələri üzrə ittiham olunur.

Hüquq mühafizə orqanlarının əməkdaşları Canik Abraamyanın yaşadığı evdə xeyli sayda silah aşkarlasalar da, onların böyük bir qismi qanuni olub.

Ermənistan Polisi və Milli Təhlükəsizlik Xidmətinin Mətbuat mərkəzləri KİV-in telefon zənglərinə cavab verməyib.