Qazaxstan Avrasiya İqtisadi Birliyi çərçivəsində vahid milli valyutanın tətbiqini istisna edib.
Strateq.az bildirir ki, bu barədə milli iqtisadiyyat nazirinin müavini Timur Jaksılıkov keçirdiyi brifinqdə bildirib.
Nazir müavinin sözlərinə görə, belə bir məsələ müzakirə olunmur.
“Biz vahid valyutanın tətbiqi ilə bağlı məsələni müzakirə etmirik. Avrasiya Birliyinin heç bir sazişində vahid valyuta yaradılması ilə bağlı bənd yoxdur. Belə müzakirələr aparılmır və aparılmayacaq”-deyə Jaksılıkov bildirib.
X. SƏFƏRLİ