XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

08 Avqust 2018 - 21:07

Dünyanın ən böyük günəş elektrik stansiyası tikilir- Misirdə

Misir hökuməti Qahirədən 640 km cənubda Sahara səhrasında dünyanın ən böyük günəş elektrik stansiyasını inşa edir.

Trend-in məlumtına görə, tikinti işlərinin gələn il yekunlaşması gözlənilir.

Stansiya 1,8 GVt elektrik enerjisi istehsal edə biləcək. Bu, 1 milyon ailəni enerji ilə təmin etmək üçün kifayətdir.

Layihənin dəyəri təxminən 2,8 milyard dollar qiymətləndirilir, günəş elektrik stansiyası layihəsinin həyata keçirilməsi isə 4 min iş yeri yaradacaq.