XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

08 Avqust 2018 - 22:16

Tramp Administrasiyası leqal immiqrantlar üçün şərtləri ağırlaşdıracaq

Prezident Donald Tramp Administrasiyası nə vaxtsa “Obamakeyr” (Pasiyentlərin müdafiəsi və əlverişli tibbi xidmət haqqında qanun) kimi populyar sosial proqramlardan istifadə etmiş immiqrantların Amerika vətəndaşlığını, yaxud qrin-kart alma prosesini ağırlaşdırmaq barədə təklifini yaxın həftələr ərzində açıqlayacaq.

Azərtac ABŞ KİV-lərinin yaydığı məlumata istinadla xəbər verir ki, Administrasiyanın bu planını həyata keçirmək üçün ABŞ Konqresinin razılığı tələb olunmayacaq. İdeya müəllifi dəfələrlə miqrantların sayının azaldılmasının zəruri olduğunu bildirən Prezidentin köməkçisi Stiven Millerdir. Layihənin şamil olunduğu miqrantların siyahısına ərzaq talonlarından və sosial proqramların digər üstünlüklərindən istifadə edən, ailə üzvlərinə, o cümlədən əlil ailə üzvlərinə qulluq etmək üçün (hətta bu qohumlar ABŞ vətəndaşları olsa belə) dövlətdən yardım alan şəxslər daxildir.

Hüquq müdafiəçilərinin sözlərinə görə, layihənin icrası nəticəsində 20 milyondan çox adam zərər çəkəcək. Daxili Təhlükəsizlik Departamentinin nümayəndəsi NBC News telekanalına açıqlamasında deyib: “Administrasiya sırf amerikalı vergiödəyicisinin müdafiəsi üçün nəzərdə tutulan mövcud immiqrasiya qanunvericiliyinin icrasının təmin olunmasına çalışır. Buna görə də Administrasiyada zəmanət olmalıdır ki, ABŞ-a gəlmək və ya bu ölkədə qalmaq istəyən əcnəbi vətəndaşlar özünəyetərlidir”.