XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

09 Avqust 2018 - 13:07

Kaliforniyada meşə yanğını –Hökumət yanğının söndürülməsinə 14 min nəfər cəlb edib

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınının söndürülməsinə 14 min yanğınsöndürən, hərbçi və məhbus cəlb edilib.

Məlumatı Kaliforniyanın Meşə təsərrüfatı və yanğından mühafizə idarəsi yayıb.

Yanğının söndürülməsində 12 min yanğınsöndürən, uyğun kursu keçmiş 2 minə yaxın məhbus iştirak edir. Hadisə yerinə mindən çox yanğınsöndürən avtomobil, 59 buldozer, 17 təyyarə və 12 helikopter fəaliyyət göstərir.

Yanğın artıq 1176 kv. km meşə təsərrüfatını məhv edib. Yanğın nəticəsində 7 nəfər ölüb, 1500 tikili yanıb.

Mütəxəssislər ştatın tarixində ən böyük yanğının avqustun sonunadək davam edəcəyindən ehtiyatlanırlar/Report