“Rusiya və Çin kosmik məkanı hərbi hərəkət teatrına çevirərək burada hərbi imkanları gücləndirir”.
“RİA-Novosti” xəbər verir ki, bu haqda ABŞ-ın vitse-prezidenti Mayk Pens Müdafiə Nazirliyində (Pentaqon) çıxışında bildirib.
Onun sözlərinə görə, bu gün başqa ölkələr kosmosda yerləşən Amerika sistemlərini heç vaxt olmadığı qədər pozmağa və kosmosda ABŞ-ın liderliyinə son qoymağa çalışırlar. Vitse-prezident qeyd edib ki, ABŞ onlara güzəşt etməyəcək: “Biz Trampın rəhbərliyi altında ölkəmizi müdafiə edəcəyik və həm dünya, həm də kosmosda dinc bir gələcək quracağıq. Tarix sübut edir ki, sülh güc vasitəsilə gəlir”.
Publika.az