PKK terrorçuları İraqın şimalından Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunda yerləşən Güven dağı ərazisindəki hərbi məntəqəni atəşə tutub.
Azərtac xəbər verir ki, nəticədə Türkiyə silahlı qüvvələrinin 6 hərbçisi yaralanıb. Onlar helkopterlə Hakkariyə gətirilib. Əsgərlərdən biri şəhid olub.
Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.