XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

10 Avqust 2018 - 16:42

Əfqanıstanda terrorçularla toqquşma:14 polis öldürülüb, 25-i yaralanıb

Əfqanıstanın Qəzni şəhərində radikal Taliban hərəkatının yaraqlıları ilə hökumət qüvvələri arasında baş verən toqquşmalarda təhlükəsizlik qüvvələrinin azı 14 əməkdaşı və iki mülki şəxs öldürülüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, qanlı döyüşlərdə həmçinin güc strukturlarının 25 əməkdaşı və 15 dinc sakin yaralanıb.

Qeyd edək ki, yerli KİV Taliban yaraqlılarının Əfqanıstanın mərkəzində yerləşən Qəzni şəhərinə hücuma keçdiyini yazıb. Talibanın bəyanatında deyilir ki, onların silahlı dəstələri eyniadlı vilayətin inzibati mərkəzinə bir neçə istiqamətdən daxil olmağa çalışırlar.